Bakı. Orxan Nəbiyev - Trend:
Ermənistanın sabiq prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcəyini elan edib.
Trend-in məlumatına görə, o, bu barədə Rusiyanın Birinci kanalında yayımlanacaq "Pozner" verilişində deyib.
O bildirib ki, seçkilərdə partiyalar blokunun başçısı kimi iştirak edəcək. Hələlik, bloka hansı partiyaların daxil olacağı barədə məlumat verilməyib.
Qeyd edək ki, erməni KİV-ləri həmin partiyalardan birinin "Daşnaksutyun" partiyasının ola biləcəyi deyilir.