...

Ermənistanda qadınlar aksiya keçirir - Saxlanılanlar var

Gündəm Materials 7 Aprel 2021 13:43 (UTC +04:00)
Ermənistanda qadınlar aksiya keçirir - Saxlanılanlar var

Bakı. Orxan Nəbiyev - Trend:

Yerevanda qadınların iştirakı ilə etiraz aksiyası keçirilir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar hökumət binasının qarşısında toplaşıb. Onlar hökumətin istefasını tələb edirlər.

Aksiya zamanı etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb.

Nümayişçilər polis səddini yararaq hökumət binasına daxil olmağa çalışıb. Daha sonra onlar polis əməkdaşlarına yumurtalar atıb.

Son məlumatlara əsasən, bir neçə nəfərin saxlandığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti