...

Minaya düşüb gözlərini və ayağını itirən agentlik əməkdaşı: O ərazilərə icazəsiz getməyin - Trend TV-nin REPORTAJI

Gündəm Materials 20 Aprel 2021 13:31 (UTC +04:00)
Minaya düşüb gözlərini və ayağını itirən agentlik əməkdaşı: O ərazilərə icazəsiz getməyin - Trend TV-nin REPORTAJI

Ağcabədi. Trend:

Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Elməddin Mirzəyev Bərdə-Ağdam dəmir yolu xəttinin minalardan təmizlənməsi zamanı minaya düşüb.

Elməddin Mirzəyev Trend TV-yə açıqlamasında bildirib ki, 15 illik iş təcrübəsinə baxmayaraq, ermənilərin quraşdırdığı ölüm dəzgahının qurbanı olub:

"İki gözümü, bir ayağımı itirdimsə, deməli minadan anlayışı olmayan bir insan üçün bu daha təhlükəlidir. Bu səbəbdən də heç kim o ərazilərə icazəsiz getməyə cəhd etməsin. Çünki minaaxataranlar o yerləri məhz canı bahasına təmizləməyə çalışır".

Elməddin Mirzəyev əlavə edib ki, ermənilər ərazilərimizi ağlagəlməz şəkildə minalayıb: "Sanki minaları xalça kimi yerə döşəyiblər. Sürpriz minaların sayı-hesabı yoxdur. İnsan sadəcə dəhşətə gəlir".

Qeyd edək ki, Elməddin Mirzəyev yanvarın 29-da minaya düşüb, bir ayağını və iki gözünü itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti