Azərbaycan Ordusunda keçirilən təlimlər başa çatıb (FOTO)

Gündəm Materials 20 May 2021 16:24 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər uğurla başa çatıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 20-də komandir və rəis heyətinin iştirakı ilə təlimin yekunu ilə bağlı müşavirə keçirilib. Müşavirədə qoşunların, qərargahların təlimlərdə fəaliyyəti təhlil edilib və qarşıya qoyulan tapşırıqların icrası qiymətləndirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti