...

Xətai rayonunda yaşayış binalarına qalxan pilləkənlər bərpa olunacaq - İH (FOTO)

Gündəm Materials 26 May 2021 13:19 (UTC +04:00)
Xətai rayonunda yaşayış binalarına qalxan pilləkənlər bərpa olunacaq - İH (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xətai rayonu Gəncə prospekti bina 97, 95 ünvanında qəzalı vəziyyətdə olan pilləkənlərin bərpası nəzərdə tutulub.

Bu barədə Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

Onun sözlərinə görə, RİH məsələ ilə bağlı məlumatlıdır və sakinlər tərəfindən də bu barədə müraciət daxil olub:

"Hazırda rayon üzrə bir neçə yerdə növbəli şəkildə quruculuq və bərpa işləri aparılır. Bina 97, 95 ünvanında olan pilləkənlər də mərhələli şəkildə bərpa olunacaq".

P.İmanov qeyd edib ki, həmin işlər çərçivəsində bina 75, 79 ünvanında yolun bərpası artıq yekunlaşmaq üzrədir:

"Son illər rayon ərazisində artıq 100-ə yaxın məhəllə abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. O cümlədən hazırda 75, 79 ünvanında da quruculuq işləri görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti