Bakı. Orxan Nəbiyev - Trend:
Son 4 ayda 80 min vətəndaş Ermənistanı tərk edib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin sabiq prezidenti, baş nazir vəzifəsinə iddialı Robert Koçaryan deyib.
Onun sözlərinə görə, son 25 il ərzində bu cür rəqəmlər qeydə alınmayıb: "Son 3 ildə Ermənistan ordusu məhv edilib. İqtisadiyyatda artım vəd etdilər, ancaq kəskin azalma baş verdi. İndi isə Paşinyan müharibəni uduzduğumuz üçün fəxr etdiyini deyir".