Bakı. Orxan Nəbiyev - Trend:
Ermənistanda sabiq prezident Robert Koçaryanın "Ermənistan" blokunun seçkiqabağı kampaniyası zamanı "Daşnaksutyun" partiyasının 10 üzvü saxlanıb.
Trend-in erməni KİV-lərinə məlumatına görə, tədbir zamanı baş nazir vəzifələrini icra edən Nikol Paşinyana qarşı aksiya keçirilib.
Aksiya zamanı polislə iştirakçılar arasında iğtişaş yaşanıb. Nəticədə azı 10 nəfər polis tərəfindən saxlanılıb.