...

Bakının təcrübəsindən yararlanmaqda israrlıyıq - Vitali Kliçko (FOTO)

Gündəm Materials 11 Sentyabr 2021 12:22 (UTC +04:00)
Bakının təcrübəsindən yararlanmaqda israrlıyıq - Vitali Kliçko (FOTO)

Bakı. Samir Əli - Trend:

Ukraynanın paytaxtı Kiyev şəhərinə rəsmi səfərə gələn Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və nümayəndə heyəti üzvləri burada keçirilən Kiyev İnvestisiya Forumunda iştirak ediblər.

Bakı şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Eldar Əzizov Forumda Bakı şəhərinin inkişafı haqqında geniş məlumat verib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Kiyev İnvestisiya Forumunda çıxışı zamanı qeyd edib ki, bu gün Bakı regionun iqtisadi və mədəniyyət mərkəzi kimi inkişaf etməkdə davam edir.

E.Əzizov bildirib ki, pandemiya dövründə koronavirusa qarşı mübarizənin yaratdığı çətinliklərə baxmayaraq Bakı şəhərində iri infrastruktur layihələr gerçəkləşdirilir, yeni məktəblər, uşaq bağçaları tikilir və əsaslı təmir edilir, yollar salınır, yenilənir.

Həmçinin Forum iştirakçılarına Ermənistanın işğal altında olmuş ərazilərimizdə törətdiyi vandalizm faktları, dağıdılan şəhər və kəndlər, mədəniyyət abidələri barədə məlumat verilib.

Forumda çıxış edən Kiyev meri Vitali Kliçko bildirib ki, Bakı surətli inkişafına görə dünyanın top şəhərləri arasındadır: “Kiyev şəhərinin inkişafında Bakının təcrübəsindən yararlanmaqda israrlıyıq”.

Sonra panellər üzrə davam edən Kiyev İnvestisiya Forumunda müxtəlif təqdimatlar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti