...

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib

Gündəm Materials 13 Sentyabr 2021 11:58 (UTC +04:00)
Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib

Bakı. Elçin Mehdiyev – Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov koronavirusdan vəfat edib.

Dövlət Komitəsindən faktı Trend-ə təsdiq ediblər.

A.Süleymanov 1955-ci ilin sentyabrın 22-də Zəngilan rayonunda anadan olub. O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib və universitetin aspiranturasında təhsil alıb. 2015-ci ilin iyul ayından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri kimi çalışırdı.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti