...

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Gündəm Materials 22 Sentyabr 2021 11:40 (UTC +04:00)
Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bakı. Trend:

Ceyhun Səlimov küçəsinin bir hissəsində hərəkət 10 saatlıq məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 22 sentyabr saat 22:00-dan 23 sentyabr saat 08:00-dək Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində (Əbdülvahab Salamzadə küçəsindən 3-cü mikrorayon dairəsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar yan yolda nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti