Heydər Əliyevdən miras Azərbaycançılıq məfkurəsinin və ordu-xalq birliyinin təntənəsinə çevrilən tədbir keçirilib (FOTO)

Heydər Əliyevdən miras Azərbaycançılıq məfkurəsinin və ordu-xalq birliyinin təntənəsinə çevrilən tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 26-dan başlanan qar Talış dağlarını ağ rəngə boyamışdı. Uzunömürlülər diyarı Lerik çən-dumana bürünmüşdü. Soyuq küləklər əsirdi. Ancaq respublikamızın cənub bölgəsinin insanları yenə də məğrur, qürurlu idi. Nə qar, nə çovğun, nə də soyuq küləklər onları qorxutmurdu. Hər kəs Azərbaycanın təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq respublikamızın ərazi bütövlüyü, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin sevincini yaşayırdı. Zəfər günü ərəfəsində rayonun mədəni-maarif müəssisələrində, təhsil ocaqlarında, idarə və təşkilatlarda silsilə tədbirlər keçirilir, şəhidlərin xatirəsi ehtiramla yad edilir, şəhid ailələri ziyarət olunur, müharibə iştirakçılarının və qazilərin sosial problemlərinin həlli istiqamətində məqsədyönlü fəaliyyətlər göstərilir, Vətən torpaqlarının keşiyində mərdliklə dayanan Azərbaycan əsgərinə mənəvi dəstək göstərilməsi ümumrayon aksiyasına çevrilməkdə idi.

Həmin gün igid əsgər və zabitlərimizin işğaldan azad etdikləri Füzuli rayonundan gələn xəbərləri bu ucqar dağ rayonunun sakinləri də diqqətlə izləyirdilər. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlqoyma mərasimində birgə iştirakı lerliklilərin də böyük sevincinə səbəb olmuşdu.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Lerik rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Vətən müharibəsinin lerikli şəhidlərinin xatirəsinə həsr olunan anım mərasiminin başlamasına az qalmış sanki bir möcüzə baş verdi. Çən-duman Talış dağlarından çəkildi. Günəş al-şəfəqlərini ətrafa səpələdi. Paytaxt Bakıdan, eləcə də bir çox bölgələrdən gələn qonaqlar, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri dağlar qoynunda təntənəli açılışı olacaq Lerik şəhidləri memorial abidəsinin qarşısına toplaşdılar. Azərbaycan Respublikasının və qardaş Türkiyə Respublikasının dövlət bayraqları əzəmətlə dalğalanırdı.

Müdafiə Nazirliyinin, Lerik rayon İcra Hakimiyyətinin rəsmiləri, millət vəkilləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri hərbi orkestrin müşayiəti ilə, əklillərlə abidəyə doğru irəlilədilər. Xeyriyyəçiliyi ilə ad çıxaran iş adamı, ehtiyatda olan polkovnik Aslan Hüseynovun təşəbbüsü və təşkilatçılığı ilə inşa edilən Lerik şəhidləri memorial abidəsinin üstündən bəyaz örtük götürüldü.

Qələbəyə gedən yollarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən öz şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan Lerik rayonundan pərvazlanmış 47 şəhidin mərmər lövhələrdə əbədiləşən portretləri günəşin al-şəfəqləri altında daha da parlaq görünürdü.
Həmin anlarda nəinki şəhid valideynləri, müharibə iştirakçıları, hərbi qulluqçular, ümumiyyətlə, qalib Azərbaycanımızın hər bir vətəndaşı qürur hissi keçirirdi.
Memorial-abidə qarşısına Milli Məclisin, Müdafiə Nazirliyinin, Lerik rayon İcra Hakimiyyətinin və digər təşkilatların adından əklillər düzüldü.

Şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edildi, Hərbi Dəniz Qüvvələri orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu və beləliklə, Vətən müharibəsinin lerikli şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi başladı...
Bütün bunlar Lerik rayonundan xidməti ezamiyyətdən yenicə qayıdan Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin ilk təəssüratlarıdır.
Lerik şəhidlərinin anım mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından tədbir iştirakçılarını salamlayan polkovnik A.Qurbani Vətən müharibəsinin ilk günündən bütün xalqımız kimi leriklilərin də bir nəfər kimi ayağa qalxdığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşdiklərini, döyüşən orduya mənəvi və maddi dəstək göstərdiklərini, hər kəsin qələbə əzmi ilə çalışdığını, həm arxa, həm də ön cəbhədə hərb tariximizə şanlı səhifələr yazdıqlarını böyük iftixar hissi ilə qeyd edib. Vətənə layiqli övladlar, ordumuza cəsur, mübariz əsgərlər yetirdiklərinə görə şəhid valideynlərinə bir daha Müdafiə Nazirliyi rəhbərliyinin minnətdarlığını çatdırıb. Hərbi əməliyyatlar zamanı döyüş meydanlarında yaralanan, sağlamlığını itirən döyüşçülərə şəfalar arzulayıb.

Hazırda xidmətdə olan, içdikləri hərbi anda sadiq qalaraq Vətən qarşısında əsgəri borclarını şərəflə, vicdanla yerinə yetirən, düşmən təxribatlarının qarşısını mərdliklə, qətiyyətlə alan əsgər və zabitlərimizin öz həmyerlilərinə müraciəti alqışlarla qarşılanıb.
Nəzərə çatdırılıb ki, bütün qoşun növlərində, eyni zamanda, Vətən müharibəsinin bütün cəbhələrində Lerik rayonundan orduya çağırılan oğullar da əsl şücaət və igidlik nümunələri göstəriblər. Onlardan 47 nəfər son nəfəsinə, son gülləsinədək vuruşaraq müqəddəs məqama – Şəhidlik zirvəsinə ucalıb.

Müharibənin ilk günündə Füzuli rayonu istiqamətində komandiri olduğu tank taborunun şəxsi heyəti ilə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun Böyük Vətən Müharibəsində faşizm üzərində göstərdiyi qəhrəmanlıq nümunəsini erməni faşizmi üzərində təkrarlayan mayor Amid Rəbbil oğlu Heydərov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Mayor Ramin Mərdan oğlu Ağayev, kapitan Cəlil Ağaddin oğlu Cavadov, kapitan Əbülfəz Hüseynverdi oğlu Rəhmətov, baş leytenant Əliqismət Mükafat oğlu Yaqublu, miçman Elvin Ramiz oğlu Səfərov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elnur Cəlal oğlu Dadıyev, əsgər Çingiz Sulduz oğlu Babayev və başqaları Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən döyüş orden və medalları ilə təltif olunublar.
Lerik rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, millət vəkili İqbal Məmmədov, “Azərbaycan Bayrağı” ordenli polkovnik-leytenant Etibar Camalov, iki şəhid atası Elman Məmmədov, şəhid kapitan Cəlil Cavadovun dayısı Aslan Hüseynov və başqaları çıxış edərək Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın və dövlətimizin tarixinin şərəfli səlnaməsi olduğunu yüksək qiymətləndiriblər.

Bu qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, qəhrəman ordumuzun əsgər və zabitlərinin şücaətinin, dövlətimizin başçısının qətiyyətinin, sərkərdə məharətinin, hücum diplomatiyasının, dəmir yumruğunun qələbəsi olduğu diqqətə çatdırılıb. Lerikli gənclərin bu gün də ixtisas seçimində hərbi peşələrə böyük maraq göstərdiyi, hazırda yüzlərlə gəncin Silahlı Qüvvələrin sıralarında nümunəvi zabit kimi xidmət etdikləri vurğulanıb.
Vətən Müharibəsi Qəhrəmanı şəhid zabit Amid Heydərovun atası Rəbbil Heydərovun çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olub. O, deyib: “Zəfər günü ərəfəsində biz şəhid valideynləri nə qədər kədərlənsək də, bir o qədər qürur hissi keçiririk. Övladlarımızın intiqamı alınıb, qanı yerdə qalmayıb. Bir də ona görə fəxr edirik ki, bizim övladlarımızın xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilib. Xalqımız şəhidləri böyük izdihamla son mənzilə yola salıb. Dövlətimiz və xalqımız ağrılı, kədərli günlərimizdə bizə dayaq olub. Bu gün də Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi diqqət və qayğılarını biz şəhid ailələrindən əsirgəmirlər. Şəhid oğullarımızın xatirəsi ehtiramla yad edilir, onların adları əbədiləşdirilir. Biz oğullarımızı Vətən üçün böyütmüşük, Vətən üçün tərbiyə etmişik. Onlar Vətənin uğrunda şəhidlikləri ilə xalqımızın, millətimizin, o cümlədən biz valideynlərinin başını bütün dünyada uca ediblər. Biz hər birimiz azərbaycanlıyıq, qarabağlıyıq. Məhz bu böyük Zəfərə, Qələbəyə də birliyimizlə, həmrəyliyimizlə, gücümüzlə nail olmuşuq. Azərbaycan yenilməzdir! Azərbaycanın müstəqilliyi əbədi və sarsılmazdır! Qarabağ Azərbaycandır!”

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra təltif olunan hərbi qulluqçuların layiq görüldükləri orden və medallar onların ailələrinə təqdim edilib.
Müdafiə Nazirliyinin nəşri olan “Vətən müharibəsi şəhidləri” kitabı (müəllif Abdulla Qurbanidir) şəhid ailələrinə, rayon kitabxanaları və Tarix-diyarşünaslıq muzeyinə hədiyyə edilib.

Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin solistləri Əməkdar artist Cahangir Qurbanov, Nigar Rəhimova, Ağabala Abdullayev, Günay Qasımova və Mətləb Ağayevin ifa etdikləri zəfər nəğmələri, hərbi marşlar və şəhidlərin xatirəsinə həsr olunan vətənpərvərlik mahnıları böyük marağa səbəb olub.
Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun büstü ucaldılan park, həmçinin 2020-ci il oktybarın 27-də Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan Cəlil Cavadovun məzarı ziyarət edilib.

Lerik rayonunda keçirilən anım mərasimi şəhidlərimizin xatirəsinə sonsuz ehtiram olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevdən miras Azərbaycançılıq məfkurəsinin və ordu-xalq birliyinin təntənəsinə çevrilib.

Hüseyn Cavidlə bağlı nadir arxiv kadrlar yayıldı (VİDEO)
Hüseyn Cavidlə bağlı nadir arxiv kadrlar yayıldı (VİDEO)
Mixail Qusman “Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanı ilə təltif edilib (FOTO)
Mixail Qusman “Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanı ilə təltif edilib (FOTO)
YARAT Müasir İncəsənət Məkanı 10 illik yubileyini qeyd edir
YARAT Müasir İncəsənət Məkanı 10 illik yubileyini qeyd edir
Loading Bars
Xəbər lenti
Azərbaycan Burkina-Faso 100 min ədəd peyvənd göndərib
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Azərbaycan XİN rəhbərinin müavini IFRC Baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Ərdoğan Qətərə səfərə gəlib
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə telefonla danışıb
Prezidentin bölgələrə hər bir səfəri regionların inkişafına və insanların rifahına yönəlib – Sahil Kərimli
Nağdsız ödənişlərin hansı faydaları var?
Prezident İlham Əliyev: Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi
Prezident İlham Əliyev - Ermənistana: Tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq (VİDEO)
Prezident İlham Əliyev: Qarabağı görməyən gənc nəsil yetişdi, onlar Qarabağı canı-qanı bahasına azad etdilər (VİDEO)
Qubanın Qonaqkənd qəsəbəsinin sakini Prezident İlham Əliyevə şeir həsr edib
Mingəçevir Dövlət Universiteti beynəlxalq konfransda təmsil olunub
Azərbaycanın Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Müdafiə nazirinin müavini Moskvaya yola düşüb
Sinqapurda "omikron" ştammını müəyyənləşdirən test hazırlanıb
Ceyhun Bayramov Diplomatiya Könüllüləri ilə görüşüb (FOTO)
Birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik - Fərid Qayıbov (FOTO)
Şəhid övladlarının himayəyə götürülməsi qürurvericidir - Naqif Həmzəyev (FOTO)
Londonda Pakistan icması ilə görüş keçirilib (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubada Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər (FOTO/VİDEO)
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
Britaniyada ən populyar oğlan adı Məhəmməd olub
Son 4 ildə özünüməşğulluq proqramı üzrə 36 min şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib (FOTO)
DİN və prokurorluq adından istifadə edən dələduza hökm oxundu
İndoneziyada vulkan nəticəsində ölənlərin sayı 22-yə çatdı
Dekabrın 7-nə USD/AZN rəsmi məzənnəsi
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Baş Prokurorluqda amnistiya qərarına dair brifinq keçirilib
Azərbaycanda 585 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı ərazisinin yarıdan çoxu minalardan təmizlənib
“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib (FOTO/VİDEO)
Türkiyədə müalicə olunan qazilərimiz “Fənərbağça” – “Çaykur Rizespor” matçını izləyiblər (FOTO)
Telefon rabitəsinin 140 illiyi münasibətilə poçt markası buraxılıb
Seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir - Qurban Yetirmişli
Bərpa olunan enerji üzrə yeni ali təhsil proqramı yaradılır (FOTO)
Azərbaycanın qeyri-neft ixracı 44% artıb
Dövlət Məşğulluq Agentliyi İSO 37001 beynəlxalq standartının tətbiqini davam etdirir
Avstriyanın yeni kansleri and içib
EKVİTA-nın dəstəyi ilə Agro Dairy Azərbaycanın aqrar sektorunda ilk ISO 37001 sertifikatlı şirkəti oldu
Narkotiklə tutulan şəxslərin digər cinayət əməllərinin də üstü açıldı (FOTO)
İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən mobil baza stansiyalarının sayı açıqlandı
Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
AccessBank-dan illik 11%-dək qazandıran depozit
"Imperial Springs" Beynəlxalq Forumunda Çin Xalq Respublikasının Sədri açılış nitqi söyləyib (FOTO)
Xaricdən işlənmiş avtomobil alarkən nələrə diqqət edilməlidir?
Rusiyaya daha 7 müəssisədən pomidor, 5 müəssisədən isə alma ixracına icazə verilib
Ölkəmizə idxal edilən bibər məhsullarında virus aşkarlanıb
“Qanlıgöl”də vətəndaşların alçaldıcı videolarını çəkən dəstə üzvləri həbs edilib (FOTO/VİDEO)
Rusiyada iki nəfərdə "omikron" ştammı qeydə alınıb
Cari ilin 9 ayı ərzində təbiətə vurulan zərər açıqlandı
Yeni il yarmarkalarında qiymətlər necədir? (FOTO)
Azərbaycanın parlayan gənc ulduzu Pantene Altın Kelebek Mükafatını qazandı
Unibank kartını almaq üçün azı 8 səbəbiniz var
Qəzaya uğrayan helikopterin “qara qutu”su üzərində iş aparılır - Baş Prokurorluq
İranda daha 77 nəfər koronavirusdan ölüb
Amnistiya aktının tətbiqi ilə 500 min manatdan çox cərimə ləğv edilib
Amnistiya aktı ilə 1921 şəxs azadlığa buraxılıb
Azərbaycanda son amnistiyaya düşən xarici vətəndaşların sayı açıqlanıb
Amnistiya aktı ən çox 30-40 yaş həddində olan insanlara tətbiq edilib - İdarə rəisi (FOTO)
Zəfər günü ilə bağlı amnistiya indiyə qədər 3676 məhkuma şamil edilib
Könüllülər Forumu başlayıb (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubada Heydər Əliyev Fondu tərəfindən inşa edilən 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Quba ABAD Factory” müəssisəsinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
AÇG və Şahdəniz yataqları üzrə gəlirlər açıqlanıb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Quba Olimpiya İdman Kompleksində yaradılan şəraitlə tanış olublar (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər (FOTO/VİDEO)
UNEC-də Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyasının açılışı olub (FOTO)
Aberdin şəhərində Azərbaycan icması ilə görüş keçirilib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurun demoqrafik göstəriciləri açıqlanıb
Şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)
Rusiyada "delta" ştammının unikal variantı tapılıb
Rüşvət alarkən saxlanılan məmurlara hökm oxundu (VİDEO)
Dövlət Neft Fondunun gəlir və xərcləri açıqlanıb
Qarabağa qayıdacaq əhali ilə bağlı qanun layihəsi hazırlanıb
"PAŞA Bank" onlayn əməliyyatlardakı problemlərlə bağlı açıqlama yayıb
bp-nin hədiyyə etdiyi laboratoriyaya Nobel mükafatı laureatının adı verilib (FOTO)
Ötən həftə azad olunan ərazilərdən 30 mina aşkarlanıb
“SQL” və “PL/SQL” təlimini uğurla bitirənlər "PAŞA Bank"da iş təklifi alıb
Dövlət vəsaiti hesabına ipoteka kreditləşməsi 44 faiz artıb
"Bahar" yatağında hasilatla bağlı proqnoz yüksəldilib
Sabah hava yağmursuz keçəcək
Muğanbankda kiçik və orta biznes kreditləri üzrə təcrübə proqramı
Azərbaycan İnvestisiya Şirkəti və “Balacans Agro Food” MMC arasında investisiya müqaviləsi imzalanıb (FOTO)
2022-ci ildə AÇG blokunda proqnozlaşdırılan hasilatın həcmi açıqlanıb
Bu tarixdə Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
Bakıda oğurladıqları avtomobili İsmayıllıda hissələrə ayırıb satanlar saxlanılıb (FOTO/VİDEO)
Gələn il "Şahdəniz"də proqnozlaşdırılan hasilat həcmi açıqlanıb
PAŞA Bankın “Onlayn kredit” məhsulu regionda KOS üçün “Ən yaxşı bank məhsulu” seçilib
BirKart-la hər 20-ci taksit əməliyyat hədiyyə qazandırır
Hesablama Palatasının əməkdaşları təltif edilib - SƏRƏNCAM
Latviyada "omikron" ştammına yoluxma qeydə alınıb
ABŞ-ın təbliğ etdiyi demokratiya modeli digər dövlətlərə təzyiq üçün bəhanədir - Çin
Koronavirusu çinlilər icad etməyib - Aziz Sancar
Qarabağda yeni iqtisadi quruculuğu təmin etməliyik - Emin Hüseynov
Prezident İlham Əliyev bu şəxslərə “Əməkdar mühəndis” fəxri adı verib - SİYAHI
Prezident İlham Əliyev rabitə və informasiya texnologiyaları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb
Bütün xəbərlər