...

Eldar Əmirov 30 sutka həbs olunub

Gündəm Materials 15 Fevral 2022 13:36 (UTC +04:00)
Eldar Əmirov 30 sutka həbs olunub

Bakı. Samir Əli - Trend:

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka həbs olunub.

Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əmirov barəsində artıq məhkəmə qərarı var. Nərimanov rayon Məhkəməsi E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.

E.Əmirov barəsində çoxsaylı şikayətlər olub. Şikayətlərin əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olduğu deyilir. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.

E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti