...

FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə çatıb (VİDEO)

Gündəm Materials 23 İyun 2022 22:37 (UTC +04:00)
FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə çatıb (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, təyyarə sabah səhər saatlarından etibarən yanğınların söndürülməsi əməliyyatlarına başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti