...

Hər il Xəzər dənizində suyun səviyyəsi 6-7 santimetr azalır - AMEA

Gündəm Materials 5 İyul 2022 10:46 (UTC +04:00)
Hər il Xəzər dənizində suyun səviyyəsi 6-7 santimetr azalır - AMEA
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Hər il Xəzər dənizində suyun səviyyəsi 6-7 santimetr azalır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan institutlarının vacib tapşırığı Xəzərdə suyun səviyyəsinin azalmasının qarşısının alınması və təmizlənməsi sahəsində tədqiqatların aparılmasıdır.

"Xəzər dənizi təbii ehtiyatlarla, neft və qazla zəngin su hövzələrindən biri hesab olunur. 100 il əvvəl Xəzərin səviyyəsindən bu günlə müqayisədə iki metr çox idi. Hər il biz su səviyyəsinin 6-7 santimetr azalmasını müşahidə edirik. Dənizin su balansı həm də çay sularının axınından ibarətdir ki, bu da hər il dəyişir", - deyə o bildirib.

F.Qədirov qeyd edib ki, bu sahədə kosmik geodeziyanın və GPS tədqiqatların aparılması lazımdır.

"Biz Azərbaycanda bunu Rusiya tərəfi ilə birgə həyata keçirimişik, amma Qazaxıstan və Türkmənistan bunu həyata keçirə bilmir. Xəzər dənzinin Azərbaycan sektorunda 200-ə yaxın müxtəlif vulkan yerləşir ki, bu da dənizə öz təsirini göstərir", - o deyib.

Akademik bildirib ki, Xəzər dənizinin mühafizəsi məqsədilə Rusiya Elmlər Akademiyası ilə əməkdaşlıqda konsorsiumun yaradılması nəzərdə tutulur, buraya Xəzər regionunun digər ölkələri də daxil ola bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti