Bakı. Trend:
Məlum olduğu kimi, bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılmışdır.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır.