...

Bu gündən Tbilisi prospektinin bir hissəsi bağlanır

Gündəm Materials 25 Avqust 2022 12:17 (UTC +04:00)
Bu gündən Tbilisi prospektinin bir hissəsi bağlanır
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq.

Bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Baş inspektor bildirib ki, buna səbəb "Azərsu" ASC-yə məxsus 160 metr yararsız su xəttinin yeniləməsidir. Bununla bağlı qeyd olunan yollar 26 avqust 18:00-dan 28 avqust saat 08:00-a qədər bağlı olacaq. Həmin müddətdə Tbilisi prospektindən hərəkət yalnız Şəfayət Mehdiyev küçəsinə istiqamətinə mümkün olacaq.

Yol polisi sürücülərdən görülən işlərlə bağlı səbrli olmağı, yol hərəkəti qaydalarına əməl etməklə təyin olunmuş istiqamətlərdə hərəkət etməyi xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti