Bakı. Trend:
Heydər Əliyev adına Hərbi İnstitutda qardaş Türkiyə Respublikasının 30 avqust - Zəfər Bayramının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra Türkiyənin İstiqlal savaşından bəhs edən videoçarx nümayiş
etdirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq və dostluq
münasibətlərinin tarixindən, avqust ayının 30-nun Türkiyədə ən
önəmli günlərindən biri olduğundan, ölkələrimizdə davamlı olaraq bu
cür əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyindən
danışıblar.
Ölkələrimiz arasında münasibətlərin bugünkü dostluq, qardaşlıq
və strateji müttəfiqlik səviyyəsinə çatdırılmasında dövlət
başçılarının müstəsna rolunun olduğu xüsusi vurğulanıb.
Sonda vətənpərvərlik mövzusunda mahnılar ifa olunub və şeirlər
səsləndirilib.