Bakı. Trend:
Sosial şəbəkələrdə Bərdə rayonunda icra hakimiyyəti əməkdaşı olduğu bildirilən şəxsin mağazalardan birinin önündə asılmış bayrağı yerindən qopararaq kobud şəkildə atmasının görüntüləri yayılıb.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Trend-in sorğusuna cavab olaraq bildirib ki, Bərdə rayonu ərazisində şəxsin Dövlət bayrağı ilə davranışına dair videogörüntülərlə bağlı hazırda araşdırma aparılır.