...

"WhatsApp" və "Twitter"də yeni funksiyalar

Gündəm Materials 2 Noyabr 2022 10:15 (UTC +04:00)
"WhatsApp" və "Twitter"də yeni funksiyalar
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WhatsApp”da “Ümumi qrupları bir araya gətirmək üçün icmalar” adlı yeni funksiya yaradılıb.

Trend-in məlumatına görə, icma mahiyyətcə qruplar toplusudur. İstifadəçilər oxşar mövzuya malik qruplar əlavə etməklə icma yarada bilərlər. İcma adminləri daha sonra qrupları idarə edə və eyni anda bütün qruplara mesaj göndərə bilər. Beləliklə, bütün qruplara eyni vaxtda təsir edən elanlar əldə etməklə, həmin qrupla bağlı fərdi söhbətlər davam edə bilər.

"Twitter"də mavi işarənin qiyməti bəlli oldu

İlon Mask “Twitter”də təsdiqlənmiş hesablara verilən "mavi işarə"nin qiymətini açıqladı. İ.Maskın dediyinə görə, göy işarənin daxil olacağı mavi abunənin qiyməti 8 dollar olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti