...

Sülhməramlılara məxsus daha 8 avtomobili Laçın-Xankəndi yolundan keçib (FOTO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 10 Yanvar 2023 11:46 (UTC +04:00)
Sülhməramlılara məxsus daha 8 avtomobili Laçın-Xankəndi yolundan keçib (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Laçın-Xankəndi yolunda aksiya ərazisindən sülhməramlılara məxsus 8 avtomobil maneəsiz keçid edib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, avtomobillər Xankəndidən Laçın istiqamətinə hərəkət edib.

Bununla da bu gün səhər saatlarından indiyədək aksiya ərazisindən 15 avtomobil keçid edib. Bunlardan 4-ü BQXK-ya məxsusdur.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 30 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti