...

Türkiyə səfiri yardımlara görə Azərbaycana təşəkkür edib (FOTO)

Gündəm Materials 7 Fevral 2023 16:45 (UTC +04:00)
Türkiyə səfiri yardımlara görə Azərbaycana təşəkkür edib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə səfiri Cahit Bağcı yardımlara görə Azərbaycana təşəkkür edib.

Trend-in məlumatına görə diplomat bu barədə tvitter hesabında qeyd edib.

"Dərdimizi bilən, ölkəmizlə həmrəylik və dəstək göstərməklə bir ürək olan Azərbaycan!", - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.

Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti