...

Bakıda dələduzluq edən ər-arvada hökm oxundu

Gündəm Materials 7 Aprel 2023 18:14 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqşin Abdullayev və onun zamində olan həyat yoldaşı Leyla Abdullayevanın işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Abdullayev 6 il 6 ay, L.Abdullayeva isə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, iş üzrə 5 zərəçəkmiş var.

Təqsirləndirilən şəxsin zərərçəkmişlərə qarşı 107 min manat zərər vurduğu göstərilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti