...

Bələdiyyə sədri cərimələndi

Gündəm Materials 12 Aprel 2023 11:14 (UTC +04:00)
Bələdiyyə sədri cərimələndi

Bakı. Trend:

Masallı şəhər Bələdiyyəsinin sədri, şəhər sakini Azər Baxışov barəsində protokol tərtib olunub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 11-də Masallı şəhəri ərazisində keçirilən belə tədbir zamanı su obyektlərinin mühafizəsi qaydalarının pozulması, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Masallı şəhər Bələdiyyəsinin sədri, şəhər sakini A.Baxışov barəsində protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti