...

Azərbaycan Ordusunda snayperlərin yarışı keçirilir (VİDEO)

Gündəm Materials 28 Aprel 2023 11:37 (UTC +04:00)
Azərbaycan Ordusunda snayperlərin yarışı keçirilir (VİDEO)

Bakı. Trend:

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müxtəlif mərhələlərdən ibarət yarışda hərbi qulluqçular “Rahat olmayan vəziyyətdən atış”, “Snayper müdafiədə”, “Snayper hücumda”, "Snayper estafeti” və digər mövzular üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdirirlər.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması, Azərbaycan Ordusunda "Ən yaxşı snayper"in müəyyən olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti