...

"Bayraktar Teknoloji Azərbaycan" pilotsuz sistemlər sahəsində fəaliyyət göstərəcək - Haluk Bayraktar

Gündəm Materials 5 May 2023 14:25 (UTC +04:00)
"Bayraktar Teknoloji Azərbaycan" pilotsuz sistemlər sahəsində fəaliyyət göstərəcək - Haluk Bayraktar

Bakı. Trend:

"Bayraktar Teknoloji Azərbaycan" pilotsuz sistemlər sahəsində fəaliyyət göstərəcək,

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Baykar şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

""Bayraktar Azərbaycan mərkəzi" süni intellektli robot-pilotsuz sistemlərin tədqiqi və inkişafı, pilotsuz sistem platformaları, texniki xidmət hazırlığı, texniki dəstək, logistika koordinasiyası sahələrində işləmək məqsədi daşıyır", - deyə o əlavə edib.

Qeyd edək ki, 2022-ci iliin dekabr ayında Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bayraktar Teknoloji Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti