...

“Android” smartfonları avtomobil kamerası kimi istifadə olunacaq

Gündəm Materials 18 May 2023 10:49 (UTC +04:00)
“Android” smartfonları avtomobil kamerası kimi istifadə olunacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Google”, “Android” smartfonlarını avtomobil kamerasına çevirə biləcək funksiya üzərində çalışır.

Trend-in məlumatına görə, "Google Play Store"-a yüklənən “Personal Safety” tətbiqinin “Be Prepared” bölməsində təqdim edilən yeni avtomobil kamerası funksiyası ilə smartfonlar yeni sahədə istifadə olunmağa başlayacaq.

Cihaza qoşulduqda əl ilə və ya avtomatik olaraq aktivləşdirilə bilən bu funksiya sayəsində kamera aktiv ikən smartfon rahat şəkildə istifadə edilə bilər.

Bundan əlavə, avtomobil kamera rejimi ekran sönük olduqda belə videoların çəkilişini davam etdirməyə imkan verəcək. Çəkilən videoların dəqiqədə 30 MB yer tutacağı və maksimum 24 saata qədər çəkiliş limitinin olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti