...

Bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Gündəm Materials 24 May 2023 16:47 (UTC +04:00)
Bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sabiq sədri Ariz Bayramovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

İbtidai istintaqla Ariz Bayramovun 2019-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə edərək kənd yollarının təmiri üçün xərcləri daha artıq rəsmiləşdirməsinə, səlahiyyətlərini aşaraq iclas keçirilmədən bələdiyyə vəsaitləri hesabına kənd sakinlərinə maddi yardım verilməsi barədə müvafiq sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ariz Bayramova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Ağstafa rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti