...

Qeyri-qanuni erməni silahlı dəstələri qurğular quraşdırmağa cəhd göstərib və mövqelərimizi atəşə tutublar - MN

Gündəm Materials 15 İyun 2023 11:26 (UTC +04:00)
Qeyri-qanuni erməni silahlı dəstələri qurğular quraşdırmağa cəhd göstərib və mövqelərimizi atəşə tutublar - MN

Bakı. Trend:

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bundan başqa, saat 08:45 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti