...

İlon Maskı TEKNOFEST-də görməkdən çox məmnun olacağıq – Ərdoğan

Gündəm Materials 29 Sentyabr 2023 22:58 (UTC +04:00)
İlon Maskı TEKNOFEST-də görməkdən çox məmnun olacağıq – Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İlon Maskı TEKNOFEST-də görməkdən çox məmnun olacağıq.

Trend-in TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "X" (twitter) hesabında paylaşım edib.

“Hörmətli İlon Mask, sizi gələn il dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-də görməkdən çox məmnun olacağıq. İnanıram ki, əməkdaşlıq edərək bir çox sahələrdə ölkəmizə və bəşəriyyətə böyük töhfələr verəcəyik,” – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, İlon Musk TEKNOFEST-ə dəvət etdiyi üçün prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Tesla və SpaceX-in baş icraçı direktoru (CEO) İlon Mask gələn il TEKNOFEST-də şəxsən iştirak etməyi və Türkiyədə investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözlədiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti