Bakı. Trend:
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel Fələstini İsraillə münaqişənin həllinə kömək etməyə çağırıb və İsrailin öz əhalisini qorumaq istəyi ilə həmrəy olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə J.Borrel "X" sosial şəbəkəsində yazıb.
"Mən [Fələstinin] Baş naziri Məhəmməd Ştayye ilə Fələstin Administrasiyasından hərbi əməliyyatların dərhal dayandırılmasına səbəb olmağı xahiş etmək üçün danışdım", - deyə o bildirib.
Aİ-nin xarici siyasət xidmətinin rəhbəri İsrailin xarici işlər naziri Eli Koenlə söhbətində “həmrəylik və zorakılıq və terroru pislədiyini” ifadə edib.