...

İnformasiya və rabitə sahəsi üzrə maliyyə axınları artıb

Gündəm Materials 10 Oktyabr 2023 11:04 (UTC +04:00)
İnformasiya və rabitə sahəsi üzrə maliyyə axınları artıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin üçüncü rübündə informasiya və rabitə sahəsi üzrə maliyyə axınları ötən ilin eyni dövrü ilə müqayisədə 58 faiz artaraq 1.1 milyard manat təşkil edib.

Trend Mərkəzi Banka istinadla xəbər verir ki, artıma töhfə ən çox simli rabitə xətlərinin fəaliyyəti (134.8 milyon manat artım), simsiz rabitə xidmətlərinin göstərilməsi (128.9 milyon manat) və peyk rabitəsi xidmətləri (93.1 milyon manat artım) qruplarından irəli gəlib.

Proqram təminatının nəşri (-11.7 faiz) və radioverilişlərin translyasiya edilməsi (-7 faiz) qruplarında isə azalma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti