Bakı. Trend:
"Baykar" şirkəti Qəzza xalqı üçün 280 milyon lirə humanitar yardım etməyə hazırdır.
Trend-in TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu barədə Selçuk Bayraktar öz "X" hesabında paylaşım edib.
"Bəşər tarixinin ən ağır faciələrindən biri Qəzzada baş verir", - deyə o bildirib.
S.Bayraktar əlavə edib ki, beynəlxalq birlik hərəkətə keçməlidir, sülh və ədalət təcili olaraq bərqərar edilməlidir