...

Ağdaşda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanıb (YENİLƏNİB 2)

Gündəm Materials 17 Mart 2024 11:29 (UTC +04:00)

Bakı. Trend:

Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Ağdaşda baş verən qəza ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, martın 16-sı saat 22 radələrində Adil Qasımovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan iki “Ford” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

xxx

05:08

Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Martın 16-da saat 22 radələrində 2 “Ford” və “Mercedes” markalı yük avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Hadisə nəticəsində 3 nəfər - Əliyev Rəşad Ədalət oğlu, Ağammədov Yasin Sədiyar oğlu və Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən ölüblər.

Araşdırma aparılır.

xxx

00:24

Bakı-Qazax avtomobil yol qəzası baş verib.

Trend-in məlumatına görə, yol nəqliyyat hadisəsi magistral yolun Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, 3 yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti