...

Ağstafada toyda zəhərlənənlərin vəziyyəti açıqlanıb

Gündəm Materials 23 İyun 2024 14:09 (UTC +04:00)

Bakı. Trend:

İyunun 22-si saat 19:07-dən başlayaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) müraciət edib.

Bu barədə Trend-ə TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Xəstəxanaya müraciət edənlərdən 18 nəfəri evə buraxılıb, 28 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti