...

Qarabağda aparılan yenidənqurma işləri məndə böyük təəssüratlar yaratdı - britaniyalı səyyah

Gündəm Materials 26 Oktyabr 2024 19:38 (UTC +04:00)
Qarabağda aparılan yenidənqurma işləri məndə böyük təəssüratlar yaratdı - britaniyalı səyyah
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda aparılan yenidənqurma işləri məndə böyük təəssüratlar yaratdı.

Trend-in məlumatına görə, bunu İngiltərədən olan səyyah Riçard Ellis, Britaniyanın "Piki Reels" klubunun nümayəndə heyətinin Qarabağa səfəri zamanı jurnalistlərə bildirib.

“Bu, Azərbaycana ikinci səfərimdir və həyat yoldaşımla birlikdə Bakını özümüz üçün kəşf etdik. Bakı heyrətamiz şəhərdir, qədim memarlıq və müasir yeniliklər burada ahəngdar şəkildə bir araya gəlir. Xüsusilə “Alov qüllələri” çox təsir edicidir”, - deyə o qeyd edib.

Ellis əlavə edib ki, bu, onun Qarabağa ilk səfəridir və burada aparılan yenidənqurma işləri onda dərin təəssürat yaradıb.

“Uzun illərdir burada baş verənləri xəbərlərdən izləyirdik. İndi buradakı mənzərə heyranedicidir və son illərdə həyata keçirilən bərpa işləri ilə yaradılan infrastruktur möhtəşəmdir”, - deyə britaniyalı səyyah vurğulayıb.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri isə sayca 12-cidir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır. Bu, sadəcə bir turistik qrup deyil, 100-dən çox ölkəni gəzən beynəlxalq səviyyədə səyahətçilərdir.

Xəbər lenti

Xəbər lenti