...

ABŞ Ukraynaya 725 milyon dollarlıq hərbi yardım paketi ayıracaq - Blinken

Gündəm Materials 3 Dekabr 2024 04:31 (UTC +04:00)
ABŞ Ukraynaya 725 milyon dollarlıq hərbi yardım paketi ayıracaq - Blinken

Bakı. Trend:

Vaşinqton administrasiyası Ukraynaya 725 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken açıqlama verib.

O qeyd edib ki, “[ABŞ] prezidenti Co Baydenin sentyabrın 26-da elan etdiyi hərbi yardımın aktivləşdirilməsi çərçivəsində Birləşmiş Ştatlar ukraynalı tərəfdaşlarına təcili ehtiyac duyulan daha bir əhəmiyyətli silah və texnika paketi təqdim edir".

ABŞ dövlət katibinin sözlərinə görə, paketə piyada əleyhinə minalar, HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatı, “Stinger” daşına bilən zenit-raket kompleksələri, 155 və 105 mm-lik artilleriya mərmiləri, pilotsuz uçuş aparatları və onların qarşısı alınması üçün vasitələr, AT- 4, TOW, Javelin tank əleyhinə raket sistemləri və, atıcı silahlar və sursatlar. Bundan əlavə, müxtəlif avadanlıq və ehtiyat hissələri Ukrayna tərəfinə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti