...

Ağdamda fövqəladə hadisələr zamanı davranış qaydaları ilə bağlı tədbir olub (FOTO)

Gündəm Materials 28 Fevral 2025 16:05 (UTC +04:00)
Ağdamda fövqəladə hadisələr zamanı davranış qaydaları ilə bağlı tədbir olub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Bu gün Ağdam Dövlət Peşə Təhsil Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 1 Mart–Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti baş leytenant Murad Bəhmənli, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin zabiti leytenant Saleh Qurbanov mərkəzin tələbələri və mühəndis - pedoqoji heyəti iştirak edirdilər.

Tədbir Ulu Öndər H.Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükut ilə anılması ilə başladı.Tədbiri giriş sözü ilə açan Ağdam Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Xanım Əliyeva 1 Mart Mülki Müdafiə günü,respublikamızda mülki müdafiə tədbirlərinin həyata keçirilməsi barədə giriş nitqi ilə çıxış edərək sözü FHN Qarabağ Regional Mərkəzinin əməkdaşlarına verdi.

FHN Qarabağ Regional Mərkəzinin əməkdaşı Baş leytenant Murad Bəhmənli çıxışı zamanı fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirici məlumatları Mərkəzin tələbələri və mühəndis pedoqoji heyəti ilə bölüşmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti