...

ABŞ-nin Dini Azadlıq Komissiyası Ermənistanda və Qarabağda azərbaycanlıların başına gətirilən müsibətləri görməzlikdən gəlir – Deputat

Gündəm Materials 1 Aprel 2025 12:02 (UTC +04:00)
ABŞ-nin Dini Azadlıq Komissiyası Ermənistanda və Qarabağda azərbaycanlıların başına gətirilən müsibətləri görməzlikdən gəlir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gün bundan əvvəl ABŞ-nin Dini Azadlıq Komissiyası növbəti illik hesabatı dərc etdi. Əvvəlik illərdə olduğu kimi, bu dəfədəki hesabatda da həqiqəti əks etdirməyən bir çox məlumatlar əksini tapıb. Bu gün Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən bu komissiya Ermənistanda və Qarabağda azərbaycanlıların başına gətirilən müsibətləri görməzlikdən gəlir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili xatırladıb ki, təkcə Ermənistan ərazisində 400-ə yaxın məscid, 500 qəbirstanlıq, Qarabağda 67 məscid dağıdılıb. Hətta yeganə pravoslav kilsəsi belə dağıdılıb.

“Bu gün bizi Qarabağda yaşayan ermənilərin hüquqlarını pozmaqda ittiham edənlər 30 il ərzində məscidlərimizin dağıdılmasına, içərisində donuz və inək saxlanılmasına hər zaman göz yumdular. Bu gün də eyni siyasət davam edir. Onlar erməni diaspor və lobbi təşkilatlarından maliyyə vəsaitləri alaraq ölkəmizə qarşı qarayaxma kompaniyasını davam etdirirlər.

Reallıq isə tamam fərqlidir. Azərbaycan azsaylı ölkələrdəndir ki, burada məscidi də, kilsəni də, sinaqoqu da dövlət tikir. Azərbaycan müsəlman ölkəsi olsa da heç zaman məscidi kilsə və sinaqoqdan ayırmayıb. Onlara hər zaman bərabər münasibət sərgiləyib. Bu reallığı yuxarıda qeyd etdiyim kimi, artıq bütün dünya qəbul edib.

Yaxşı olar ki, bu komissiya və departamentlər gözlərini açıb həqiqəti görsünlər. Azərbaycana qarşı bu cür kapmaniya və təxribatlara son qoymağın vaxtı çoxdan çatıb. Onlar onsuz da heç zaman çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Bunun üçün sadəcə gözlərini açıb həqiqəti görməlidirlər. Həqiqət isə birdir”, - deyə deputat fikrini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti