Bakı. Trend:
Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma və təmir işlərinin aparılması ilə əlaqədar 15 aprel tarixində bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq.
"Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Sulutəpə və Çiçək qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",- məlumatda qeyd edilib.