...

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ

Gündəm Materials 18 Aprel 2025 12:55 (UTC +04:00)
9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-2026-cı tədris ili üzrə "Rəqəmsal Bacarıqlar" təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyata start verilir.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, “Rəqəmsal bacarıqlar” təmayül siniflər şagirdlərin nəzəri biliklərini dərinləşdirməklə yanaşı, bu biliklərin praktikada tətbiqinə, informasiya texnologiyaları sahəsində ixtisaslaşmağa, əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılmasına zəmin yaradır.

Qeyd edək ki, bu təmayül siniflərin şagirdlərinə İnformatika fənni həftədə 5 dəfə tədris edilir və bununla da onlar XXI əsr bacarıqları hesab edilən məntiq, alqoritmik düşünmə və digər yumşaq bacarıqlarını inkişaf etdirirlər.

Qeydiyyat 7 may tarixinə qədər http://digitalskills.edu.az platforması vasitəsi ilə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti