Bakı.Trend:
8 noyabr 2020-ci ildə Azərbaycan Respublikası illər sürən işğala son qoyaraq öz torpaqlarını azad etdi. Aradan keçən illər ərzində şəhərlər yenidən qurulur, ekoloji cinayətlərin fəsadları aradan qaldırılır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən işğal başa çatdıqdan sonra azad olunan ərazilərimiz mina və partlamamış sursatlardan təmizlənir.
Bəs işğaldan azad olunan ərazilərdən bugünədək nə qədər mina tapılıb və zərərsizləşdirilib?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, 10 noyabr 2020-ci il tarixindən bugünədək 200 834.5 ha ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.
Məlumatda qeyd olunub ki, 137 772 ədəd partlamamış hərbi sursat, 36 904 ədəd piyada əleyhinə mina və 21 778 ədəd tank əleyhinə mina olmaqla ümumilikdə 196 454 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.