...

Altı ayda valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 iddia qaldırılıb

Gündəm Materials 24 İyul 2025 16:50 (UTC +04:00)
Altı ayda valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 iddia qaldırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat dövründə azyaşlı uşaqların hüquqların müdafiəsi istiqamətində zəruri tədbirlər görülüb, bu istiqamətdə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 mülki iddia qaldırılıb.

Trend xəbər verir ki, bu barədə bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan Geniş Kollegiya iclasında məlumat verilib.

Məlumata görə, cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 490 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

2025-ci ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 1891 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti