...

Astaranın bəzi kəndlərində qaz olmayacaq

Gündəm Materials 10 Dekabr 2025 15:20 (UTC +04:00)
Astaranın bəzi kəndlərində qaz olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Astara rayonununda 7 800 abonentin təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Astara rayonunun “Şahağacı” qaz paylayıcı stansiyasında istismarda olan metal qaz xəttinin üzərində yerləşən siyirtmədə aşkarlanmış qaz sızmasının aradan qaldırılması məqsədilə 11 dekabr 2025-ci il tarixdə saat 10:00-dan işlər tamamlananadək Siyəkü, Vaqo, Niləşə, Binəbəy, Həsin, Lələkəpeştə, Şağlazüzə, Siyakeş, Şıxaməhəllə, Rinə, Pensər, Çayoba, Kakalos, Kolatan, Bala Şahağacı, Qamışoba, Şiyəkəran, Şahağacı, Təngərüd, Maşxan kəndlərinin və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 7 800 abonentin təbii qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti