...

Bu qurumlar azad edilən ərazilərdə bərk məişət tullantılarının yığılmasını həyata keçirəcək

Gündəm Materials 3 Yanvar 2026 12:12 (UTC +04:00)
Bu qurumlar azad edilən ərazilərdə bərk məişət tullantılarının yığılmasını həyata keçirəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda tullantıların idarə edilməsi sisteminin müasir tələblərə uyğun inkişafı təmin ediləcək və bu fəaliyyət işğaldan azad olunmuş ərazilərdə sistemli həyata keçiriləcək.

Trend-in məlumatına görə, Prezident İlham Əliyevin bununla bağlı müvafiq Fərmanı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması aşağıdakı publik hüquqi şəxslər tərəfindən həyata keçiriləcək:

  • Şuşa şəhəri və Şuşa rayonu üzrə – Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi;
  • Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;
  • Ağdam, Füzuli və Xocavənd rayonları üzrə – Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;
  • Laçın rayonu üzrə – Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti;
  • Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;
  • Kəlbəcər rayonu üzrə – Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.

“Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması ilə bağlı bütün əmlakı müvafiq olaraq yuxarıda qeyd olunan publik hüquqi şəxslərin balansına verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti