...

Füzulidə məcburi köçkunlər üçün yeni salınan qəsəbənin tikintisi zamanı bədbəxt hadisə baş verib

Hadisə Materials 29 Noyabr 2007 12:44 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Füzuli rayonunda məcburi köçkunlər üçün yeni salınan qəsəbənin tikintisi zamanı bədbəxt hadisə baş verib. Trend in bölgə müxbirinin sözlərinə görə, rayonun Zovcuq adlanan ərazisində qəsəbənin tikintisində fəhlə qismində çalışan iki nəfər dəm qazından boğularaq ölüb. Ölənlər Ağdam rayonundan olan məcburi köçkünlər 1970-ci il təvəllüdlü Cahangir Ənvər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Samir Ədalət oğlu Hüseynovdur. Onlar noyabrın 29-na keçən gecə müvəqqəti qaldıqları evdə sobaya boyalı taxta parçaları yığıb yandırarkən ev kiçik olduğundan qısa bir zaman ərzində dəm qazı yaranıb və hər iki nəfər həlak olub.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti