...

Azərbaycan Ordusunun zabiti bıçaqlanıb

Hadisə Materials 15 İyul 2008 12:00 (UTC +04:00)
Azərbaycan Ordusunun zabiti bıçaqlanıb

Azərbaycan, Lənkəran,15 iyul / Trend , müxbir K.Zərbalıyeva, P.Əliyeva/ Azərbaycan Ordusunun zabiti bıçaqlanıb.

Trend -un məlumatına görə, Sərhəd Qoşunlarının Cəlilabad rayonunun Göytəpə kəndi ərazisindəki N saylı hərbi hissəsinin zabiti, leytenant Fuad Bağırlı şəxsi münasibətlər zəminində kənd sakini Şəmi adlı şəxs tərəfindən bıçaqlanıb.

Zabit ağır bədən xəsarəti ilə Cəlilabad rayon mərkəzi xəstəxanasına aparılıb. Onun səhhətinin ağır olduğu bildirilir. Məlumata görə, zabit hərbi hospitalların birinə köçürüləcək.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Cəlilabad paytaxt Bakıdan 200 kilometr cənubda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti