Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Səbail rayonunda naməlum şəxslər özlərini polis əməkdaşı kiminişan verərək, yeniyetmələrə qarşı quldurluq ediblər
Səbail rayon Polis İdarəsindən (RPİ) çərşənbə axşamı Trend - a verilən məlumata görə, oktyabrın 6-da saat 14:00 radələrində iki nəfər naməlum şəxs Zərifə Əliyeva prospektində Bakı sakinləri, 14 yaşlı Səyyad Qasımova və Elçin Xanlarova yaxınlaşaraq polis olduqlarını bildiriblər.
Naməlum şəxslər yeniyetmələri yaxınlıqdakı binanın həyətinə apararaq, bıçaqla hədə-qorxu gəlməklə, onların mobil telefonlarını alıb lar. Bundan sonra quldurlar hadisə yerindən qaçıblar.
Faktla bağlı Səbail PRİ-də Azərbaycan Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]