...

Azərbaycan Ordusunun əsgəri şəhid olub

Hadisə Materials 13 Noyabr 2008 14:10 (UTC +04:00)

Azərbaycan, Şəki, 13 noyabr / Trend , müxbir S.Fətəliyev/ Azərbaycan Ordusunun əsgəri şəhid olub.

Trend -un bölgə müxbirinin məlumatına görə, Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən 19 yaşlı Fərid Hümbətov noyabrın 12-də səngərdə keşik çəkərkən Ermənistan Silahlı Qüvvələri hərbçilərinin açdığı atəş nəticəsində həlak olub.

Zaqatalanın Aşağı Tala kəndindən olan 19 yaşlı Hümbətov bu ilin iyulunda hərbi xidmətə çağırılıb.

Hümbətov bu gün doğulduğu kənddə dəfn olunub.

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti