Azərbaycan, Şəki, 14 noyabr / Trend müxbir X.Əliyeva/ Noyabrın 13-də Azərbaycanın şimal-qərb bölgəsində, Oğuz rayonu ərazisində, Qaraməryəm-Balakən magistral avtomobil yolunu birləşdirən körpü uçub. Bir nəfər Kərimli kənd sakini xəsarət alıb.
Oğuz rayonu yol istismar idarəsinin rəisi Firudim Baxışov Trend -un müxbirinə bildirib ki, hadisənin baş verməsinə səbəb körpünün üzərindən 25-30 tonluq iki yük maşınının eyni zamanda keçməsi olub.
Hazırda magistral yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, bərpa işləri aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]