...

Azərbaycanın cənub bölgəsində yaşayış binasının çökməsi nəticəsində yeddi ailə evakuasiya olunub

Hadisə Materials 16 Dekabr 2008 20:56 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 16 dekabr / Trend , müxbir P.Əliyeva/ Bu gün saat 19:00 radələrində Lənkəranda ikimərtəbəli köhnə binanın dam örtüyü çöküb. Şəhərin Sultanağa Bayramov küçəsi ev 11- də baş verən bu hadisə ilə bağlı yeddi ailə oradan evakuasiya olunub. Onlar yaxınlarının və qohumlarının evlərinə yerləşdiriliblər. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları və Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndələri işləyirlər. Hadisənin dünən günorta saatlarından yağan qarın ağırlığından baş verməsi ehtimal olunur. Hadisədə xəsarət alan olmayıb.

İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayevin Trend -un bölgəmüxbirinə bildirdiyinə görə, tikili 1930 - 1940- ci illərə aiddir. Təhlükəsizlik məqsədilə evin qaz və elektrik xətləri kəsilib. Lənkəran şəhər İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov dam örtüyünün təmir olunması ilə bağlı göstəriş verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti